Your Bag

TERRA CASPEA CHARDONNAY

  • 4.80 ₼

  • Bonus xalı ilə qiyməti: 11000

ÜZÜN NÖVÜ: Chardonnay


CHARDONNAY (ağ turş) - TERRA CASPEA premium şərabları xəttində ən zərif şərab hesab edilir. Abşeron yarımadasında "Marandi Wine Company" üzümlüyündə uğurla becərilən eyni adlı üzüm onun yaradılmasında istifadə edilir. Məhsul yığımı iki mərhələdə baş verir - əvvəlcə günəş şüalarının təsiri altında kifayət şəkər toplamayan üzüm yığılır. İkinci mərhələdə isə, artıq tam yetişmiş məhsul yığılır. İki məhsulun yığımının toplusu CHARDONNAY-a xas olan ideal dad keyfiyyətlərinə nail olmağa imkan verir.


Şərab 12 ay saxlanılıb, şərabın 30% -i palıd çəlləklərində saxlanır, qalan 70% isə polad çənlərdədir.


Çox yumşaq şərab, yüngül qızılı rəngə malikdir. Aromatda sitrus və iynəyarpaqlıların notu, habelə portağal, şaftalı və əriyin ağ rəng çalarlarına xas ətir hiss olunur. Dad keyfiyyətinə görə, şərab turşuluq, mineral tərkibi və struktur baxımından mükəmməl balanslaşdırılmışdır. Dadılan zaman – ağız boşluğu yumşaq bir buludla örtülür ki, bu da özündən sonra uzun bir dad təəssüratını qoruyub saxlayır.


CHARDONNAY (ağ turş) qidanın dadına xələl gətirmədən sadəcə onu müşayiət edir. Mükəmməl bir şəkildə dəniz məhsulları ilə birlikdə (qabıqlı və istiridye istisna olmaqla) istifadə olunur. Az yağlı ət yeməkləri, yüngül qəlyanaltılar və salatlarla yaxşı istifadə olunur.

Şərh yaz

Şərh yazmaq üçün zəhmət olmasa, hesabınıza daxil olun və ya qeydiyyatdan keçin