Your Bag

Məxfilik siyasəti

Ümumi qaydalar və şərtlər

Vinum.az veb-səhifəsindən istifadə etməklə siz aşağıdakı “Şərtlərə” və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tənzimlənən bütün mövcud qanun və qaydalara riayət edəcəyinizi açıq şəkildə bildirirsiniz.  

Şərtlər və Qaydalar

Bu Şərtlər və Qaydalar www.vinum.az saytının istifadə qaydalarını müəyyənləşdirir. Səhifəyə daxil olmaqla, bu Şərtlər və Qaydaları tam olaraq qəbul etmiş olursunuz. Bu səhifədə əks olunan istifadə qaydalarından imtina etsəniz, səhifənin istifadəsini həmən dayandırın.

Ödəmə Qaydası

Qəbul Olunan Ödəniş Metodları

Debit/Credit Card (Visa, MasterCard).

Topladığımız Məlumatlar

www.vinum.az saytına daxil olub onlayn ödəniş sistemindən istifadə etmək üçün Sizdən özünüz haqqında müəyyən məlumatları təqdim etməyə xahiş olunacaq. Məsələn: ad və soyad, doğum tarixi, həmçinin əlaqə və maliyyə detalları.

Kredit Kart Ödənişləri
Onlayn formalarını doldurandan sonra kredit kartınızdan ödəniş alınacaq və e-poçt vasitəsilə ödəniş qəbzi Sizə göndəriləcək. Ödəniş vinum.az tərəfindən işlənəcək və satınalma fakturasına daxil olunacaq. Kart məlumatları məxfiliyi tam qorunur və üçüncü tərəfə ötürülə bilməz.

Bizim Məzmuna Hiperistinadlanma
Veb-səhifəmizə istinadən aşağıda sadalanan maddələr mütləq şəkildə nəzərə alınmalıdır: (a) istinad bizim və ya akkreditə olunmuş müəssisələrə mənfi təsir göstərməyəcəkdir (məsələn, ev şəraitində iş imkanları və şübhəli iş növlərini təmsil edən təşkilatlar, ticarət birlikləri və ya digər bu kimi təşkilatların əlaqələndirilməsinə icazə verilməyəcəkdir); (b) təşkilat və vinum.az arasında heç bir xoşagəlməz hadisə baş verməmişdir; (c) hiperistinadın ümumi faydası onun heç yoxluğundan daha üstündür; (d) ümumi resursun məlumatlar kontekstində və yaxud təşkilatın missiyasına dəstək ola biləcək bülleten və ya oxşar məhsulda redaksiya məzmunu ilə uyğun gəlir.

iFrames
Öncədən təsdiq və yazılı icazəmiz olmadan veb-səhifəmizin ətrafında “iframes” yaratmaq və ya veb-saytımızın vizual təqdimatını ya görünüşünü dəyişdirən digər üsulları istifadə etmək qadağandır.

Hüquqların Qorunması
Biz, öz mülahizəmizə əsasən istənilən vaxt bütün istinadları və ya veb-saytımıza aid hər hansı bir istinadı silmək hüququnu özümüzdə saxlayırıq. Tələb olunsa, veb-səhifəmizə olan bütün istinadları dərhal silinməsinə razılıq verirsiniz. Həmçinin, Şərtlər və Qaydalar və istinadlanma siyasətini dəyişmək hüququnu da özümüzdə saxlayırıq. Veb-saytımıza istinadlanmağı davam etdikdə, bu əlaqələndirici şərtlərə əməl etməyi qəbul etmiş olursunuz.
 

Çatdırılma

Sifarişlər bazar ertəsi günündən cümə gününədək alıcı tərəfindən göstərilən ünvana çatdırılır. Çatdırılma, vinum.az tərəfdaşı olan Urbox Express tərəfindən satın alınan malların zamanında alıcıya təslim edilməsini təmin etmək üçün maksimum səylə təmin olunur.
Bizim logistika tərəfdaşlarımız sifarişinizi seçdiyiniz ünvana çatdıracaqlar. Çatdırılma xərclərini və müddətini hesablamaq üçün təyinat məntəqəsini seçin.

Geri Qaytarma

Aldığınız məhsuldan tam razı deyilsinizsə, istifadə edilməyən və açılmayan məhsulun çatdırılan günündən 14 gün ərzində geri qaytarmaq hüququnuz var. Bunun üçün aşağıda göstərilən qaydalara riayət edin:
  • Sifarişinizlə aldığınız qaytarma formasında qaytarılacaq məhsullar haqqında ətraflı məlumat verin
  • Məhsulu və qaytarma formasını möhkəm bir şəkildə paketləyin
  • Qaytarma ünvanını bağlamanın üzərinə yazın. Geri qaytarma formasında əks olunan ünvanından istifadə edin
  • Məhsul çatdırılan günündən 14 gün ərzində geri göndərin
Geri qaytarılmış məhsulları aldıqdan sonra sifarişinizin dəyərini ödəyəcəyik.
Əlavə yardım ya məsləhət üçün saytımızın onlayn müraciət funksiyasından istifadə edə bilərsiniz və yaxud, net@digitello.net e-poçt vasitəsilə bizim ticarət məsləhətçilərimizə müraciət edə bilərsiniz.