ASPI Winery | SAVALAN Wines
Bizim ASPI AGRO Açıq Səhmdar Cəmiyyətimiz 2007-ci ildə qurulub və özünün əsas fəaliyyət istiqaməti kimi üzümün becərilməsi və yüksək keyfiyyətli şərab istehsalını seçib.
Şərablarımız cənab Daniel D’Andrea və Eliza Vaqnoni kimi yüksək ixtisaslı italyan texnoloqlarının rəhbərliyi altında istehsal olunur. Bizim şərabçıların komandası özlüyündə bir növ məsləkdaşların beynəlmiləl kollektivinə bənzəyir, işlərinə sadiqdirlər və əsl şərabın və üzümün keyfiyyətini çox gözəl bilirlər və müəssisəmiz Azərbaycanın və İtaliyanın günəşli və səxavətli iki diyarını birləşdirib.
İtaliyalı mütəxəssislərin zəngin təcrübəsinə söykənən ASPI AQRO MMC nadir iqlim şəraitinə malik, qədimlərdə şərab sənayesinin çiçəkləndiyi yerdə – Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində şərabçılığı yenidən dirçəldir. İtaliyalı mütəxəssislər tərəfindən aparılan torpağın və mühitin ətraflı analizindən sonra, bizim üzümçülər üçün tingləri onların istehsalı üzrə dünya lideri sayılan Vivai Cooperativi Rauscedo şirkəti təqdim edib. Gözlənildiyi kimi, gündəlik qayğı, əllə yığım, Della-Toffola firmasının ən müasir zavodunda emal, palıddan hazırlanmış fransız çəlləklərində saxlama və yeni nəsil ekspress-laboratoriyalarda daimi nəzarət sayəsində italyan texnoloqlarının ənənələri və ustalığı heyrətamiz yüksək keyfiyyətli şərabların alınması ilə öz bəhrəsini verdi. Sizi də onları qiymətləndirməyə dəvət edirik. Tinglərin seçilməsi işində Vivai Cooperativi Rauschedo şirkətinin direktoru cənab Eudjenio Sartorinin xidməti böyükdür. O, qeyd edib ki, ASPI AQRO MMC zavodunun məhsulları ən yüksək standartlara cavab verir, yetişdirilən üzümün keyfiyyəti isə hətta Avropadakı oxşar növləri üstələyir. Şərablarin testi isə Avropalı ekspert cənab Ermanno Murari tərəfindən həyata keçirilir. Beynəlxalq üzüm növlərinin calaq edilməsi, tanınmış italyan mütəxəssislərinin tövsiyələri, müasir texnologiyaların və üsulların hərtərəfli tətbiqi, növlərin tərkibi ilə bağlı cəsarətli eksperimentlər, keyfiyyətə güzəştsiz sadiqlik şərablarımızın yüksək səviyyəsinin zəmininə çevrilib. Əldə edilən yeni məhsulu tam cəsarətlə incəsənət nümunəsi saymaq olar.
Bizim şərabçıların komandası özlüyündə bir növ məsləkdaşların beynəlmiləl kollektivinə bənzəyir. Bu adamlar işlərinə sadiqdirlər və əsl şərabın və üzümün keyfiyyətini çox gözəl bilirlər. Müəssisəmiz Azərbaycanın və İtaliyanın günəşli və səxavətli iki diyarını birləşdirib. Şəraba gəldikdə isə, bir çox məsələlər mənəviyyat müstəvisində, şərabçı-tacirlərin ideya yaxınlığı əsasında həllini tapır. Axı, özlərinin övladları saydıqları gözəl məhsulu şərabçı heç vaxt pis əllərə verməz. Mütləq birgə işləmək istədiyi, potensialını gördüyü, əsl qayğının nə olduğunu bilən adamları seçəcək. Şərablarımız cənab Daniel D’Andrea və Eliza Vaqnoni kimi yüksək ixtisaslı italyan texnoloqlarının rəhbərliyi altında istehsal olunur.
ASPI Winery | SAVALAN Wines
Bu bölmədə hər hansı məhsul tapılmadı.