Your Bag

Pivə növləri – Lagerlər, Eyllər

Pivə növləri – Lagerlər, Eyllər
12 Dec, 2020

Pivə 4 inqredientdən hazırlanır: su, maya (yeast), cücərdilmiş taxıl (malt) və mayaotu (hops).

Pivələrin alkoqol faizləri və acılığı müxtəlif ola bilir. Beynəlxalq olaraq bunlar Alkoqol həcmi (ABV – Alcohol by Volume) və BAV – Beynəlxalq Acılıq Vahidi (IBU – International Bitterness Unit) ilə ölçülür.

Pivələr 2 kateqoriyaya bölünür: Lager (Lager) və Eyl (Ale).

Çoxlu sayda pivə növləri olsa da bütün pivələr ya Lagerdir, ya da Eyl. İlk növbədə pivənin bu 2 kateqoriyadan hansına aid olduğu dəqiqləşdirilir. Yalnız bundan sonra isə onu müxtəlif növlərə, stillərə ayırmaq olar.


Lager

Lagerlər nisbətən aşağı temperaturda fermentasiya edilir. Lagerlərin fermentasiyası pivə qarışığının yuxarısında baş verir.

Lager sözünün mənası almancadan tərcümədə “depolamaq”, “anbar” kimi mənalara gəlir. XVI əsr Bavariyasında pivə bişirməyi yalnız ilin soyuq aylarında icazə verildiyi üçün pivə istehsalçıları pivəni qış aylarında bişirir və yay aylarında satmaq üçün daha sonra onu mağaralarda, daş zirzəmilərdə buzun altında saxlayardılar. Lager adı da buradan gəlir.

Aşağıdakı cədvəldə Lagerlərin bütün növləri göstərilib. Speciality Lager (Xüsusiləşdirilmiş Lager) xaric digər 4 növ haqda yazmışam. Xüsusiləşdirilmiş Lagerlər isə cədvəldən də göründüyü kimi müxtəlif otlardan, meyvələrdən hazırlana bilir. Bəzi növləri isə yalnız müəyyən bayramlar üçün bişirilir.

Adların orijinallığını qorumaq məqsədilə cədvəli tərcümə etmədim, lakin bloqun mətn pivə növlərinin tərcümələrini qarşısında qeyd etmişəm.



Pale Lager (Açıq rəngli lager)

Lagerlər içərisində ən geniş yayılanı Pale Lagerdir. Qızılı rəngə tərəf solğun rəngi olan bu lager növü yumşaq tamı ilə seçilir. Geniş yayılan lager brendləri Pilsner Urquell, Miller, Stella Artois, Beck’s, Budweiser Budvar, Corona, Heineken, Carlsberg-dir.

Pilsner : 1842-ci ildə indiki Çexiyanın Pilsner şəhərində açıq rəngli lagerin ilk nümunəsi olan “Pilsner Urquell” hazırlanmışdır. Hazırlanan bu pivə növü Almaniya və Çexiyada çox yayğın olmuşdur. Günümüzdə belə “Lager” və “Pilsner” sözləri qarşıqlıqlı şəkildə istifadə edilir. Pilsner təravətli, nisbətən acı və aromatik tamı ilə seçilir.

Alkoqol: 4.1% – 5.1%

BAV: 30-45


Dortmunder Export: Pilsner ilə məşhurlaşan Pale Lager növü Dortmund (Almaniya) pivəçilərinin də bu növdə istehsalına maraq oyatdı. 1873-cü ildə ilk dəfə Dortmund Pale Lageri istehsal olundu və uğurlu olduqdan sonra şəhərdən kənara da ixrac olunmağa başladı. Növün adının “Dortmunder Export” olması da bu faktla bağlıdır. Bu növ hal-hazırda Danimarka, Niderland və Şimali Amerikada da istehsal olunur.

Həcm: orta

Alkoqol: 5.1-6.1%

BAV: 23-29


Munich Helles: “Helles” almancadan tərcümədə elə pale (açıq rəngli) deməkdir. Pilsner və Dortmunder Export növlərindən sonra Münxen pivə istehsalçıları eyni texnika ilə 1894-cü ildən Munich Helles istehsalına başlamışlar.

Həcm: orta